FİFA prezidenti: “Dünya çempionatı keçiriləcək”

FİFA prezidenti: “Dünya çempionatı keçiriləcək”
# 22 oktyabr 2020 22:22 (UTC +04:00)

“Bizim ehtiyat planımız yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

O, əksər turnirlərin ləğvinə və ya təxirə salınmasına səbəb olan koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının final mərhələsinə təsirinə münasibət bildirib. Qurum başçısı mundialın istənilən halda keçiriləcəyini iddia edib: “Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var”.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR