Florentino Peres yenidən "Real"ın prezidenti seçilib

#
# 09:49
13 aprel 2021

Florentino Peres İspaniyanın “Real” klubunun prezidenti seçilib.

Apasport.az saytının məlumatına görə, funksioner prezident seçkilərində iştirak üçün yeganə namizəd olduğundan avtomatik olaraq yenidən bu posta sahib çıxıb.

Digər namizəd olmadığından seçkilərin keçirilməsinə ehtiyac duyulmayıb. O, 2021-2025-ci illərdə də kluba rəhbərlik edəcək.

Qeyd edək ki, son 12 ildə “Real”ın prezidenti olan Peres 2000-06-cı illərdə də bu postu tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR