“Fənərbaxça” Ərsun Yanalla son oyunu da uduzub

“Fənərbaxça” Ərsun Yanalla son oyunu da uduzub
# 03 mart 2020 23:32 (UTC +04:00)

Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində bir qarşılaşma keçirilib.

“Trabzonspor” öz meydanında “Fənərbaxça”nı qəbul edib. Qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb.

Fasilədən iki qol vuran meydan sahibləri görüşü qələbə ilə başa vurub. “Fənərbaxça” bu toplardan yalnız birinin əvəzini çıxa bilib. İstanbul klubunun baş məşqçisi postundan istefa verən, bu qarşılaşmada sonuncu dəfə komandaya rəhbərlik edən Ərsun Yanal “sarı-lacivərdlilər”dən məğlubiyyətlə ayrılıb. Bu komandalar arasında cavab matçı aprelin 21-də baş tutacaq.

Qeyd edək ki, martın 4-də keçiriləcək digər yarımfinalda “Antalyaspor” öz meydanında “Alanyaspor”la görüşəcək.

Türkiyə kuboku
Yarımfinal
İlk oyun
3 mart
“Trabzonspor” – “Fənərbaxça” – 2:1

Sorlot, 46, Novak, 66 – Muriqi, 82

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR