"Fənərbaxça”nın satdığı futbolçunun koronavirus testi pozitiv çıxıb

"Fənərbaxça”nın satdığı futbolçunun koronavirus testi pozitiv çıxıb
# 21 sentyabr 2020 14:59 (UTC +04:00)

İtaliyanın “Latsio” klubunun yeni transferi Vedat Muriqi koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə Kosovo mətbuatı məlumat yayıb.

Roma təmsilçisi xəbəri hələlik təsdiqləməsə də, kosovolular milli komandanın hücumçusundan götürülən testin nəticəsinin pozitiv çıxdığını iddia ediblər.

Qeyd edək ki, Vedat Muriqi bir neçə gün əvvəl Türkiyə klubu “Fənərbaxça”dan “Latsio”ya keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR