Fransa millisinə çempionluq qazandıran məşqçi vəfat edib

Fransa millisinə çempionluq qazandıran məşqçi vəfat edib
# 26 mart 2020 19:57 (UTC +04:00)

Fransa milli komandasının sabiq baş məşqçisi Mişel İdalqo vəfat edib.

Apasport.az saytının məlumatına görə, tanınmış mütəxəssis dünyasını 87 yaşında dəyişib.

Marseldə vəfat edən İdalqonun ailəsi bildirib ki, onun ölümü yayılan koronavirus pandemiyası ilə bağlı deyil. O, üç il öncə vəfat edən dostu əfsanəvi Raymon Kopanın ölümündən sonra heç cür özünə gələ bilməyib.

Futbolçu kimi “Havr”, “Reyms” və “Monako”da, həmçinin Fransa yığmasında çıxış etmiş İdalqo 1966-cı ildə karyerasını bitirib. Sonradan “Monako”nun əvəzedici komandasında baş məşqçi, Fransa millisində köməkçi kimi çalışıb. 1976-84-cü illərdə ölkəsinin əsas yığmasına rəhbərlik edən İdalqo Fransaya ilk titulunu Avropa çempionu adını qazandırıb. 1986-1991-ci illərdə “Marsel”də çalışan mütəxəssis 3 dəfə ölkə çempionu olub.

Qeyd edək ki, İdalqo 2004-06-cı illərdə Konqo DR yığmasını da çalışdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR