Futbol üzrə Ermənistan çempionatı hərbi vəziyyətlə əlaqədar dayandırılıb

#
# 09:52
28 sentyabr 2020

Ermənistanda futbol üzrə ölkə çempionatı dayandırılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb ölkədə hərbi vəziyyət və səfərbərliyin elan olunmasıdır.

Ermənistan Futbol Federasiyasının mətbuat xidməti Dağlıq Qarabağda baş verən hadisələrə görə çempionatın dayandırıldığını bəyan edib. Bildirilib ki, hərbi vəziyyətin sonuna qədər ölkədə heç bir futbol yarışı keçirilməyəcək.

Qeyd edək ki, avqustda start götürən Ermənistan çempionatında 5 tur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR