Hakimi təhqir edən Zlatan İbrahimoviçin cəzası açıqlanıb

Hakimi təhqir edən Zlatan İbrahimoviçin cəzası açıqlanıb
# 13 aprel 2021 15:38 (UTC +04:00)

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviçin cəzası bəlli olub.

Apasport.az saytının məlumatına görə, isveçli hücumçu 1 oyunluq diskvalifikasiya edilib.

Buna səbəb futbolçunun “Parma” ilə görüşün hakimi Fabio Mareskanı təhqir etməsidir. O, yalnız növbəti turu buraxacaq.

Hakimi təxribata çəkməsi və ona qarşı hörmətsizlik səbəbindən Zlatan cərimə də ödəyəcək. Skandinaviyalı 5 min avro ziyana düşəcək.

Qeyd edək ki, “Milan” A seriyasının növbəti turunda “Cenoa” ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR