Harri Keyn 300-cü oyununda 200-cü qolunu vurub

Harri Keyn  300-cü oyununda 200-cü qolunu vurub
# 05 noyabr 2020 22:39 (UTC +04:00)

İngiltərənin “Tottenhem” klubunda 300-cü oyununa çıxan Harri Keyn 200-cü qolunu vurub.

Apasport.az saytının məlumatına görə, bu yubileylər Avropa Liqasının III turunun “Lüdoqorets”lə (Bolqarıstan) matçına təsadüf edib.

Start heyətində meydana çıxan yubilyar 13-cü dəqiqədə hesabı açıb. O, klub tarixində 200 və daha çox qol vuran 3-cü oyunçudur. Yalnız Cimmi Qrivz (266) və Bobbi Smit (208) daha çox fərqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR