Harri Keyn Premyer Liqada qarşılaşdığı bütün rəqiblərə qol vurub

Harri Keyn Premyer Liqada qarşılaşdığı bütün rəqiblərə qol vurub
# 03 iyul 2020 09:49 (UTC +04:00)

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Harri Keyn Premyer Liqada qarşılaşdığı bütün rəqiblərə qol vurub.

Apasport.az saytının məlumatına görə, hücumçu XXXII turun “Şeffild Yunayted”lə matçında (1:3) fərqlənib.

Bununla da Keyn Premyer Liqada qol vurduğu komandaların sayını 29-a çatdırıb. O, rəqibi olduğu bütün komandaları məyus etmiş olub.

Harri cari mövsümdəki qol sayını 13-ə çatdırıb. O, 23 görüşdə meydana çıxıb.

Qeyd edək ki, “Tottenhem” “Şeffild Yunayted”lə matçda 1:3 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR