Həbib Nurməhəmmədov karyerasını bitirdiyini açıqlayıb

Həbib Nurməhəmmədov karyerasını bitirdiyini açıqlayıb
# 25 oktyabr 2020 01:08 (UTC +04:00)

“Bu gün demək istəyirəm ki, bu, mənim son döyüşüm idi”.

Apasport.az saytının məlumatına görə, bunu MMA döyüşü üzrə UFC çempionu Həbib Nurməhəmmədov deyib.

Yüngül çəkidə çıxış edən 32 yaşlı rusiyalı UFC-254-də ABŞ idmançısı Castin Qetjiyə qalib gəldikdən sonra karyerasını bitirdiyini açıqlayıb: “İstədiyim yeganə şey çəkidən asılı olmayaraq 1-ci olmaqdır. Mən bunu haqq etdim. 29 qələbə və bir dənə də olsun məğlubiyyət yoxdur. Promouşenin rəhbərliyinə, hamıya təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR