İngiltərə Futbol Assosiasiyası Superliqadan çıxan klubları dəstəkləyib

İngiltərə Futbol Assosiasiyası Superliqadan çıxan klubları dəstəkləyib
# 21 aprel 2021 10:26 (UTC +04:00)

İngiltərə Futbol Assosiasiyası (FA) Superliqanı tərk edən klubları dəstəkləyib.

Apasport.az saytının məlumatına görə, qurum ölkənin 6 klubunun yarışdan çıxması ilə bağlı bəyanat yayıb.

Superliqanın yaradıcısı olan 12 klub sırasında yer alan “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester Yunayted” və “Mançester Siti”nin turnirdən çıxması FA tərəfindən müsbət qarşılanıb: “İngiltərə futbolu bütün klublar üçün imkanları olmasının tarixi ilə qürur duyur. Bütün futbol ictimaiyyəti qapalı liqaların əleyhinədir. Bu mövqe bizim oyunumuzu parçalaya bilərdi, amma bunun əvəzində bizim hamımızı birləşdirəcək”.

Qeyd edək ki, “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Milan”, “İnter”, “Yuventus” (hamısı İtaliya), “Liverpul”, “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Mançester Yunayted” və “Mançester Siti” (hamısı İngiltərə) aprelin 19-da Superliqa yaratdığını açıqlasa da, bütün dünya futbol ictimaiyyətinin təzyiqlərinə məruz qalıb. Nəticədə İngiltərə klubları turnirdən ayrıldığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR