İngiltərə Premyer Liqası apreldə bərpa olunmayacaq

İngiltərə Premyer Liqası apreldə bərpa olunmayacaq
# 26 mart 2020 21:23 (UTC +04:00)

Koronavirus pandemiyası üzündən dayandırılan İngiltərə Premyer Liqası planlaşdırıldığı kimi aprelin 30-da bərpa olunmayacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Liqasının klublarına artıq bu barədə xəbər verilib.

Pandemiya ilə bağlı böhran yarışın aprelin 30-da yenidən başlamasını mümkünsüz edib. Yeni tarix gələn həftə baş tutacaq klublarla Premyer Liqa rəhbərliyinin müzakirələri zamanı bəlli olacaq.

Qeyd edək ki, çempionatın iyunun 1-də bərpa olunacağı və 6 həftə ərzində yekunlaşacağı, bütün matçların azarkeşsiz keçiriləcəyi barədə qərar qəbul olunması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR