İngiltərə Premyer Liqasında 36 nəfər koronavirusa yoluxub

İngiltərə Premyer Liqasında 36 nəfər koronavirusa yoluxub
# 11 yanvar 2021 23:03 (UTC +04:00)

İngiltərə Premyer Liqasındakı klubların növbəti koronavirus testinin nəticələri müəyyənləşib.

Apasport.az xəbər verir ki, turnirin təşkilatçıları rəsmi sayt vasitəsilə 4-10 yanvar aralığında yoluxma sayını açıqlayıb.

Futbolçular və klub işçiləri də daxil olmaqla həftə ərzində ümumilikdə 2593 test götürülüb. Onlardan 36 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib. Həmin şəxslər 10 günlük karantinə alınıb.

Qeyd edək ki, bir həftə əvvəl 40 nəfərdə koronavirus aşkarlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR