İngiltərə Premyer Liqasının oyunu təxirə salınıb

İngiltərə Premyer Liqasının oyunu təxirə salınıb
# 14 yanvar 2021 15:45 (UTC +04:00)

İngiltərə Premyer Liqasında daha bir oyun təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, XIX turun “Aston Villa” - “Everton” qarşılaşması öncədən nəzərdə tutulduğu kimi, yanvarın 17-də keçirilməyəcək.

“Aston Villa” rəhbərliyi komandada koronavirusa kütləvi yoluxma səbəbindən yarışın təşkilatçılarından matçın təxirə salınmasını tələb etmişdi. Birminhemlilərin 9 futbolçusu və 5 işçisi koronavirusa yoluxduğu üçün karantin şəraitində müalicə alır. Klubun bazasının da iki həftəlik bağlandığını nəzərə alan Premyer Liqa rəhbərliyi görüşü qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, “Aston Villa”nın Premyer Liqanın XVIII turunda “Tottenhem”lə dünən keçirməli olduğu oyun da təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR