İngiltərə Premyer Liqasının son 2 turu azarkeşlərlə keçiriləcək

İngiltərə Premyer Liqasının son 2 turu azarkeşlərlə keçiriləcək
# 05 may 2021 15:28 (UTC +04:00)

İngiltərə Premyer Liqasında tamaşaçıların tribunalara dönməsi yönündə hazırlıq gedir.

Apasport.az saytının məlumatına görə, son iki turda azarkeşlərin matçları canlı izləməsi qərara alınıb.

Təşkilatçıların yaydığı məlumatda bildirilib ki, koronavirus pandemiyası səbəbindən tribunalara məhdud sayda tamaşaçı buraxılacaq ki, onlar da yalnız meydan sahiblərinin azarkeşləri olacaq. Qonaq komandanın fanatlarının gələn mövsümdən matçlara buraxılması planlaşdırılır.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında son iki turun oyunları mayın 19-da və 23-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR