İngiltərə millisinin oyunçusu futbola pul qoyuluşunda iştiraka görə diskvalifikasiya olunub

İngiltərə millisinin oyunçusu futbola pul qoyuluşunda iştiraka görə diskvalifikasiya olunub
# 02 mart 2020 21:30 (UTC +04:00)

"Trabzonspor"la bu gün yollarını ayıran Daniel Starric mövsümün sonuna qədər futboldan uzaqlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Federasiyası 31 yaşlı forvarda 3,5 aylıq cəza verib.

Buna səbəb İngiltərə millisinin üzvünün 2018-ci ildə futbola pul qoyuluşunda iştirak etməsidir. Məsələ burasındadır ki, Starric həmin vaxt "Sevilya" ilə anlaşmaq üzrə olarkən qardaşına bu barədə məlumat verib və onun keçidi üçün pul qoyuluşu etməsini tapşırıb. Artıq günahı sübuta yetirilən hücumçu iyunun 17-nə qədər futbolla bağlı bütün peşəkar məşğuliyyətlərdən məhrum edilib. Sabiq "Liverpul"lu eyni zamanda 150 min funt-sterlinq məbləğində cərimələnib.

Qeyd edək ki, Daniel Starric "Trabzonspor"a mövsümün əvvəlində keçsə də, sözləşməsi qarşılıqlı razılıqla ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR