İngiltərədə futbolçulara forma dəyişmək qadağası tətbiq edilə bilər

İngiltərədə futbolçulara forma dəyişmək qadağası tətbiq edilə bilər
# 07 may 2020 14:13 (UTC +04:00)

İngiltərə Premyer Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümü bərpa olunsa, bir sıra qadağalar tətbiq edilə bilər.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, çempionatın bərpasından sonrakı futbolçuların meydana tüpürməsi, formaları dəyişməsi, eyni su qabından istifadə, həmçinin qol sevincini komanda şəklində qeyd etməyin qadağan olunacağı gözlənilir.

Çempionatın bərpasından sonra ilə bağlı planlar müzakirə olunaraq yekun qərar veriləcək. Bu addımlar gələn aydan keçirilməsi nəzərdə tutulan oyunlar zamanı koronavirusa yoluxmaq riskini azaltmağa xidmət etməlidir. Bu qadağaların 1 illik tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, Premyer Liqanın bərpası iyunun 8-nə planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR