İngiltərənin iki klubu Superliqadan geri çəkilir

İngiltərənin iki klubu Superliqadan geri çəkilir
# 20 aprel 2021 11:58 (UTC +04:00)

Yeni yaradılan Superliqanın iştirakçılarının siyahısında dəyişiklik gözlənilir.

Apasport.az saytının məlumatına görə, yarışa qatılmalı olan İngiltərə klublarından ikisi fikrindən daşınmaq niyyətindədir.

Bunu Böyük Britaniya mətbuatı açıqlayıb. Bildirilib ki, adı açıqlanmaya iki klub Superliqada iştirakdan imtina etmək barədə ciddi düşünür.

Bunlardan birinin “Liverpul” olduğu iddia edilir. Hətta mersisaydlıların yarımmüdafiəçisi Ceyms Milner də turnirin baş tutmayacağına ümid etdiyini açıqlayıb. Yarışın təşkilinin açıqlanmasından qısa müddət sonra klubların belə düşüncəyə düşməsi Superliqanın “çat” verməsi kimi də qəbul olunur.

Qeyd edək ki, İngiltərəni Superliqada “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Tottenhem” və “Arsenal” təmsil etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR