“İnter” çempion olsa futbolçular mükafatdan imtina edəcək

“İnter” çempion olsa futbolçular mükafatdan imtina edəcək
# 28 aprel 2021 12:43 (UTC +04:00)

İtaliyanın “İnter” klubunun futbolçuları çempionluq üçün nəzərdə tutulan mükafatdan imtina edəcək.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi A seriyasının qalibi olsa oyunçular bonus məbləğləri almayacaq.

Futbolçular bu yolla koronavirus pandemiyası üzündən maliyyə çətinlikləri yaşayan kluba kömək etmiş olacaq. Bunun reallaşması isə kifayət qədər inandırıcıdır. Çünki ən yaxın izləyicisi “Atalanta”dan 11 xal öndə olan “İnter”in çempionluq şansını qaçırması o qədər də real deyil. Milanlılar sonuncu dəfə 2009/10 mövsümündə qızıl medala yiyələnib.

Qeyd edək ki, klubun sahibi olan Çin şirkəti maliyyə problemləri üzündən “İnter”ə potensial müştəri axtarışındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR