İsveçrə - Azərbaycan oyununu isveçli hakimlər idarə edəcək

İsveçrə - Azərbaycan oyununu isveçli hakimlər idarə edəcək
# 09 noyabr 2020 13:17 (UTC +04:00)

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin İsveçrə - Azərbaycan matçının hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, noyabrın 12-də keçiriləcək qarşılaşmanı İsveçdən olan hakimlər idarə edəcək.

Kaspar Syoberq baş hakim, Peter Maqnusson və Maks Robin Vilde onun köməkçiləri olacaq. Viktor Volf qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyun Tyun şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR