İtaliya A seriyasında yeni mövsümün startı təxirə salına bilər

İtaliya A seriyasında yeni mövsümün startı təxirə salına bilər
# 27 avqust 2020 15:55 (UTC +04:00)

İtaliya A seriyasında 2020/21 mövsümünün startı təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, klublar bununla bağlı İtaliya Futbol Federasiyasına müraciət ünvanlayıblar.

Elita təmsilçiləri sentyabrın 12-də başlaması planlaşdırılan mövsümün bir həftə sonraya – sentyabrın 19-na keçirilməsini xahiş ediblər. Bu məsələdə “İnter” klubu xüsusi fəallıq nümayiş etdirir. Milan təmsilçisi ilk turun təxirə salınması üçün digər komandaların razılığını alaraq, federasiya ilə danışıq aparır.

Qeyd edək ki, İtaliya A seriyasında 2019/20 mövsümünün çempionu “Yuventus” olub. “İnter” isə ikinci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR