İtaliya A seriyasının oyunu koronavirusa görə təxirə salına bilər

İtaliya A seriyasının oyunu koronavirusa görə təxirə salına bilər
# 22 sentyabr 2020 10:46 (UTC +04:00)

İtaliya A seriyasının II turunun “Torino” – “Atalanta” oyununun keçirilməsi təhlükə altına düşüb.

Apasport.az saytının məlumatına görə, buna səbəb Turin klubundakı koronavirusa yoluxma hadisəsidir.

“Torino”da futbolçu, yoxsa klub əməkdaşının xəstələnməsi açıqlanmır. Əgər təkrar test koronavirusa yoluxmanı təsdiqləsə, “Torino” tam heyətlə karantinə alınacaq.

Qeyd edək ki, turinlilərin “Atalanta” ilə oyunu sentyabrın 26-da keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR