İtaliya çempionatında format dəyişikliyi ola bilər

İtaliya çempionatında format dəyişikliyi ola bilər
# 20 may 2020 22:23 (UTC +04:00)

İtaliya Futbol Federasiyası koronavirus pandemiyası üzündən dayandırılan ölkə çempionatı ilə bağlı yeni qərar qəbul edib.

Apasport.az saytının məlumatına görə, yarış bərpadan sonra təkrar dayandırılacağı halda istifadə olunacaq format müəyyənləşib.

Federasiya, A seriyası və digər turnirlərin rəhbərləri belə qərara gəliblər ki, mövsüm yenidən dayansa, qısa pley-off şəklində başa çatdırılsın. Yüksək yerlərdə qərarlaşanlar mükafatçıları, aşağı pillələrdəkilər isə liqanı tərk edən komandaları pley-offda müəyyənləşdirəcək.

Əgər pley-offun keçirilməsi də mümkün olmasa, yerlər xüsusi əmsallarla müəyyənləşdirilməsi də qərara alınıb. Çempionatın avqustun 20-dək başa çatdırılması nəzərdə tutulub. Növbəti mövsüm isə sentyabrın 1-də başlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR