İtaliya kubokunun finalı azarkeşlərlə keçiriləcək

İtaliya kubokunun finalı azarkeşlərlə keçiriləcək
# 30 aprel 2021 12:32 (UTC +04:00)

İtaliya kubokunun finalı azarkeşlər önündə keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bunu A seriyasının prezidenti Paolo dal Pino açıqlayıb.

O bildirib ki, “Atalanta” və “Yuventus” arasında qarşılaşmaya tamaşaçılar da buraxılacaq. Qurum başçısı bunun üçün hökumətdən icazə alındığını qeyd edib.

Qeyd edək ki, final oyunu mayın 19-da “Mapey” stadionunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR