İtaliyada AVRO-2020-yə qədər azarkeşlər stadiona qayıdacaq

#
# 17:05
15 aprel 2021

İtaliyada azarkeşlərin AVRO-2020-dən əvvəl də stadionlara buraxılması gözlənilir.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlayıb.

O bildirib ki, mövsümün sonunadək oyunların tamaşaçılar önündə keçirilməsi mümkündür: “Azarkeşlərin tribunaya qayıdışı prosesinə başlamaq istəyirik. Ümid edirik ki, bunu tezliklə gerçəkləşdirə bilərik. Bütün qərarları hökumət verəcək. Amma azarkeşlərin Avropa çempionatına qədər stadionlara qayıtması üçün əla imkanımız var. Yəqin ki, İtaliya kubokunun finalı və iyuna qədər olacaq bəzi digər tədbirlər tamaşaçılarla keçiriləcək”.

Qeyd edək ki, bir neçə gün öncə İtaliya hökuməti AVRO-2020-nin Romadakı oyunlarına azarkeş buraxılmasına icazə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR