İtaliyalı nazir A seriyasının bərpa olunmasının yubana biləcəyini açıqlayıb

İtaliyalı nazir A seriyasının bərpa olunmasının yubana biləcəyini açıqlayıb
# 12 may 2020 12:29 (UTC +04:00)

“Ehtiyatlılıq prinsipi ən doğru yoldur. Çempionatın nə vaxt bərpa olunacağını təyin etmək üçün yoluxma halının necə keçəcəyini müşahidə etməliyik”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın gənclər və idman naziri Vinçentso Spadafora deyib.

İyunun 6-da bərpası planlaşdırılan İtaliya A seriyası ilə bağlı plan dəyişdirilə bilər. Nazir bunun koronavirus infeksiyasının yayılma sürətindən asılı olacağını bildirib: “Əgər İtaliya Futbol Federasiyası Elmi Şuranın sağlamlıqla bağlı məsləhətlərini protokoluna daxil etsə, komandalar mayın 18-dən məşqlərə başlaya biləcəklər. Elmi Şuranın qərarına əsasən, hansısa futbolçuda və ya məşqçidə koronavirus xəstəliyi aşkarlansa, onun komandası bütünlüklə 14 günlük karantinə alınacaq. A seriyasının startı isə virusun yayılma sürətindən asılıdır”.

Qeyd edək ki, İtaliya A seriyası martın 9-da keçirilən XXVI tur matçından sonra dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR