“Kalyari”nin baş məşqçisi istefaya göndərilib

“Kalyari”nin baş məşqçisi istefaya göndərilib
# 03 mart 2020 16:59 (UTC +04:00)

İtaliya A seriyasında baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Kalyari” klubunun çalışdırıcısı Rolando Maranı vəzifəsindən azad edilib.

Baş məşqçi ilə birlikdə onun köməkçiləri də komandadan ayrılıb. 2018-ci ildən bu vəzifəni tutan Maran əvvəllər “Breşiya”, “Bari”, “Kataniya” və “Kyevo” kimi bir sıra klublara rəhbərlik edib.

Mövsümün ilk 15 turunda cəmi 2 dəfə uduzan “Kalyari” Çempionlar Liqasına vəsiqəyə iddiaçılar sırasında yer almışdı. Lakin sonradan vəziyyət kəskin şəkildə dəyişib. Dekabrın əvvəlindən qələbə qazana bilməyən komanda son üç matçda məğlub olub.

Qeyd edək ki, 25 oyunda 32 xal toplayan “Kalyari” 11-ci pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR