Kilian Mbappe yeni müqaviləyə razılıq verib

Kilian Mbappe yeni müqaviləyə razılıq verib
# 14 noyabr 2020 11:35 (UTC +04:00)

Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe komandada qala bilər.

Apasport.az saytının məlumatına görə, gənc forvard klubla yeni müqavilə imzalamağa razılıq verib.

22 yaşlı oyunçu bunun üçün rəhbərliyin qarşısında yeni tələb qoyub. Mbappe yeni müqavilədə sərbəst qalma məbləğinin göstərilməsini istəyib. Sözləşmədə belə bir bənd olarsa, oyunçunun transfer qiyməti 222 milyon avroya yaxın olacaq. Ulduz futbolçu artıq üç dəfə rəhbərliyin yeni müqavilə təklifini rədd edib.

Qeyd edək ki, 2017-ci ildən PSJ-də çıxış edən Kilian Mbappe 2022-ci ilin yayına qədər kluba məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR