Kipr yığması Azərbaycanla oyun üçün heyətini müəyyənləşdirib

Kipr yığması Azərbaycanla oyun üçün heyətini müəyyənləşdirib
# 08 sentyabr 2020 12:45 (UTC +04:00)

Millətlər Liqasının II turunda Azərbaycan yığması ilə qarşılaşacaq Kiprin “23-lüy”ü müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq qarşılaşmanın protokoluna daxil olunacaq futbolçular siyahısında 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.

Kiprlilər ötən turun Monteneqro ilə matçı ilə müqayisədə “23-lük”də bir sıra dəyişikliklər edib. Həmin qarşılaşmada heyətə 23 deyil, cəmi 21 futbolçu daxil edən Yohan Valem bu dəfə say çatışmazlığını aradan qaldırıb.

Bu məqsədlə 4 yeni ad - Nikolas Yannu, Valentinos Sielis, Giorqos Efrem və Aleksander Qoqiç “23-lüy”ə salınıb. Əvəzində Minas Antoniu və Cannis Satsias heyətdən çıxarılıb.

Qapıçılar: 1. Tasos Kissas, 12. Çaralambos Kiriakides, 22. Neofitos Mixael

Müdafiəçilər: 2. Andreas Karo, 3. Kristos Veeler, 4. Nikolas Yannu, 5. Valentinos Sielis, 6. Çaris Kiriaku, 13. Yannis Kusulos, 14. Kipros Kristoforu, 19. Konstantinos Laifis

Yarımmüdafiəçilər: 7. Giorqos Efrem, 8. Çaralampos Kiriaku, 11. Andreas Avraam, 16. Matiya Spolyariç, 18. Aleksander Qoqiç, 20. Qriqoris Kastanos, 21. Marinos Tzioni

Hücumçular: 9. Dimitris Kristofi, 10. Pieros Sotirou, 15. Marios Elia, 17. Laizos Laizu, 23. Yannis Pittas.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR