Koronavirus pandemiyası "Barselona"nın transfer planını dəyişib

Koronavirus pandemiyası "Barselona"nın transfer planını dəyişib
# 25 mart 2020 00:19 (UTC +04:00)

Koronavirus pandemiyasına görə ciddi maliyyə itkisinə məruz qalan "Barselona"nın transfer planlarında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu yüksək məvacibli futbolçular deyil, nisbətən tanınmamış oyunçuların transferinə üstünlük verməyi düşünür.

İspaniya çempionunun hədəfindəki ilk oyunçu Münhenqladbax "Borussiya"sının hücumçusu Alassan Pleadır. "Barsa" hələ qış fasiləsində fransalı forvardla maraqlanmış, almanlar 50 milyon avroluq təklifə "yox" cavabı vermişdilər. Rəhbərlik mövsümün sonunda 27 yaşlı oyunçu üçün yenidən eyni məbləğ təklif edəcək.

Qeyd edək ki, Alassan Plea bu mövsüm Bundesliqada keçirdiyi 22 oyunda 8 qol, 7 assistlə yadda qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR