“Kəpəz”in baş məşqçisi: “Deyilsə ki, neçə klub elitaya qalxacaq, hazırlığa başlayardıq”

#
# 16:58
12 aprel 2021

“Premyer Liqaya çıxıb-çıxmayacağımızla bağlı hələ heç bir söz deyilməyib. AFFA İcraiyyə Komitəsinin son iclasında aprel-may aylarında məlumat veriləcəyi deyilmişdi”.

Bunu apasport.az saytına “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis Gəncə təmsilçisinin növbəti mövsüm Premyer Liqada iştirakı ilə bağlı gəzən söz-söhbətlərə münasibət bildirib. O, AFFA-dan xəbər gözlədiklərini söyləyib: “Hələ dəqiq bir söz deyən də yoxdur ki, komanda sayının artıb-artmayacağını bilək. Hamımız gözləmə mövqeyindəyik. İndi desəm ki, Premyer Liqada oynamağa yüz faiz hazırıq, düz olmaz. Əgər deyilsə ki, neçə klub elitaya qalxacaq, kimlər olacaq, indidən hazırlığa başlayardıq. Yoxsa sonra gec olar”.

Vahabzadə “Kəpəz”in sabiq prezidenti Mehman Allahverdiyevin apasport.az saytına müsahibəsində kluba sponsor gətirmək üçün iş adamı ilə danışıq apardığını söyləməsinə də toxunub. Baş məşqçi bu məsələdə də bir yenilik olmadığını vurğulayıb: “Mehman müəllimin müsahibəsini görmüşdüm. Amma ondan da xəbər-ətər yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR