Kərim Benzema qol sayında Kriştiano Ronaldonu keçib

Kərim Benzema qol sayında Kriştiano Ronaldonu keçib
# 28 aprel 2021 10:25 (UTC +04:00)

İspaniyanın “Real” klubunun futbolçusu Kərim Benzema Çempionlar Liqasının son üç mövsümündə vurduğu qolların sayını 15-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, fransalı forvard “Çelsi” ilə yarımfinalın ilk oyununda (1:1) fərqlənib.

Bununla da Kərim son üç mövsümdəki qol sayında Kriştiano Ronaldonu keçib. Söhbət portuqaliyalı ulduzun “Real”dan getməsindən sonrakı dövrdən gedir.

Ronaldo İspaniya nəhəngini tərk edəndən sonra “Yuventus”da 14 qol vurub. Benzema sabiq komanda yoldaşı ilə yolları ayrıldıqdan sonra ondan çox fərqlənib.

Qeyd edək ki, Ronaldo 2018-ci ilin yayında “Real”dan “Yuventus”a keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR