Kriştiano Ronaldo “Yuventus”un tarixinə düşüb

Kriştiano Ronaldo “Yuventus”un tarixinə düşüb
# 08 avqust 2020 10:02 (UTC +04:00)

Portuqaliyalı Kriştiano Ronaldo İtaliyanın “Yuventus” klubunun tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu Turin klubunda bir mövsümə ən çox qol vuran futbolçu adına yiyələnib.

Ronaldo Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lion”la cavab oyununda (2:1) dubla imza atıb. Bununla da onun 2019/20 mövsümündəki qol sayı 36-ya çatıb.

“Ağ-qaralar”ın tarixində əvvəlki rekord macarıstanlı Ferens Xirzerə məxsus idi. O, 1925/26 mövsümündə 35 qol vurmuşdu. Ronaldo 94 ildən sonra rekordu yeniləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR