Kuman Mourinyo, Ranyeri və Benitesə çatıb

Kuman Mourinyo, Ranyeri və Benitesə çatıb
# 20 oktyabr 2020 23:42 (UTC +04:00)

Niderlandlı baş məşqçi Ronald Kuman Çempionlar Liqasında 6-ci klubla debüt edib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Barselona”nı ilk avrokubok sınağına çıxarıb.

Bunadək niderlandlı 5 müxtəlif komanda ilə qitənin ən nüfuzlu klub turnirində iş başında olub. Kuman 6-ya çatmaqla Joze Mourinyo, Klaudio Ranyeri və Rafael Benitesin göstəricisini təkrarlayıb.

Mütləq rekord isə Karlo Ançelottiyə məxsusdur. İtaliyalı 8 klubla Çempionlar Liqası matçına çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR