La Liqanın 9 klubu aksiya keçirəcək

La Liqanın 9 klubu aksiya keçirəcək
# 21 aprel 2021 15:58 (UTC +04:00)

La Liqanın 9 klubu Superliqa əleyhinə aksiya keçirəcək.

Apasport.az saytının məlumatına görə, aksiyaya yeni yaradılan, amma ömrü qısa olan turnirə dəvət almayan “Valensiya”, “Kadis”, “Osasuna”, “Vilyarreal”, “Alaves”, “Sevilya”, “Levante”, “Atletik” və “Betis” qoşulub.

Bu komandaların futbolçuları qarşıdakı turda meydana sinəsində “Çempionlar Liqası – layiq olun” ifadəsi iki – ingilis və ispan dillərində əks olunan forma ilə çıxacaq. Bundan başqa, stadionların ekran və tablolarından da bu ifadə yer alacaq.

Qeyd edək ki, Superliqanın yaradıcısı olan 12 klubdan yalnız iki İspaniya təmsilçisi – “Real”la “Barselona” turnirdən çıxmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR