"Lion" Çempionlar Liqasında "Mançester Siti"ni də mübarizədən kənarlaşdırıb

"Lion" Çempionlar Liqasında "Mançester Siti"ni də mübarizədən kənarlaşdırıb
# 16 avqust 2020 00:53 (UTC +04:00)

Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün Portuqaliyada mərhələnin son oyunu keçirilib.

Turnirin favoritləri arasında göstərilən "Mançester Siti" sürpriz şəkildə "Yuventus"u mübarizədən kənarlaşdıran "Lion"la üz-üzə gəlib. Lissabondakı oyunun favoriti "şəhərlilər" olsa da, Fransa təmsilçisi daha bir sensasiyaya imza atmağı bacarıb. Gözlənilmədən "Mançester Siti"yə qalib gələn Rudi Qarsiyanın yetirmələri yarımfinala adlayıb. Pep Qvardiolalı İngiltərə klubu isə yenə ÇL mövsümünü uğursuz şəkildə başa vurub.

Beləliklə, yarımfinala adlayan "Lion" bu mərhələdə avqustun 19-da "Bavariya" ilə qarşılaşacaq. Digər cütlükdə də Almaniya - Fransa dueli yaşanacaq. Çünki "Leypsiq"lə PSJ finala vəsiqə uğrunda üz-üzə gələcək.

Çempionlar Liqası
1/4 final
15 avqust
23:00. "Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) - 1:3
Qollar:
De Bruyne, 69 - Korne, 24, Dembele, 79, 87
Baş hakim: Danni Makkiele (Niderland)
Lissabon. "Joze Avelado" stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR