“Lion” Çempionlar Liqasında “Yuventus”la cavab oyununa yollanmaq istəmir

“Lion” Çempionlar Liqasında “Yuventus”la cavab oyununa yollanmaq istəmir
# 02 mart 2020 18:01 (UTC +04:00)

“Lion”un prezidenti Jan-Mişel Ola Çempionlar Liqasının 1/8 final mərhələsində “Yuventus”la səfər oyununa yollanmaq istəmədiklərini söyləyib.

Apasport.az saytının məlumatına görə, klub rəhbəri İtaliyada koronavirusun kəskin yayılması səbəbindən matçın neytral meydanda keçirilməsini istisna etməyib.

O, bununla bağlı UEFA-nın verəcəyi qərarı gözləyir: “UEFA harada oynayacağımıza qərar verəcək. "Yuventus"un gənclər komandasına karantin qoyulduğu üçün bəzi məqamları nəzərə almaq lazımdır. Dörd oyunçudan şübhələnirlər. Oradakı bəzi futbolçular əsas komanda ilə məşq edirlər. Görək nə baş verir. UEFA-nın rəyini gözləyəcəyəm. Xoş xəbərə ümid edirəm. Ən pis halda neytral meydanda qarşılaşmağımız istisna edilmir”.

Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə “Lion” 1:0 hesablı qələbə qazanıb. Cavab oyunu martın 17-də Turində olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR