"Lion" UEFA-nı məhkəməyə verir

"Lion" UEFA-nı məhkəməyə verir
# 24 aprel 2020 11:09 (UTC +04:00)

UEFA-nın İcraiyyə Komitəsinin son qərarları bəzi klubların ciddi narazılığına səbəb olub.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən başa çatdırılmayacaq çempionatlarda hazırkı turnir cədvəlinin əsas götürülməsi və buna avrokuboklara vəsiqələrin verilməsindən narazılardan biri də Fransa təmsilçisi “Lion”dur.

Klubun prezidenti Jan-Mişel Ola UEFA-nı məhkəməylə hədələyib: “Mən UEFA ilə razı deyiləm. “Lion”un hələ Liqa1-də 10 oyunu, Liqa kubokunun PSJ ilə finalı və 1/8 finalında “Yuventus”la qarşılaşdığımız Çempionlar Liqası var. Bütün bunlar növbəti mövsüm üçün avrokuboklara vəsiqə qazanmaq yollarıdır. Əgər UEFA-nın bu qərarı yekun olarsa, biz məhkəməyə müraciət edəcəyik”.

Qeyd edək ki, hazırda 40 xala malik “Lion” Liqa1-in turnir cədvəlində 7-ci yerdədir. Əgər çempionat bərpa olunmasa, UEFA-nın qərarına əsasən, PSJ, “Marsel” və “Renn” Çempionlar Liqasına, “Lill”, “Reyms” və “Nitsa” Avropa Liqasına vəsiqə qazanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR