Lüksemburq klubu Avropa Liqasında mərhələ adlayıb

Lüksemburq klubu Avropa Liqasında mərhələ adlayıb
# 26 avqust 2020 22:27 (UTC +04:00)

Avropa Liqasında I təsnifat mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün turnirdə daha bir qarşılaşma keçirilib.

İkinci oyun gününün yeganə matçı Lüksemburqda baş tutub. Yerli “Proqress” Monteneqro təmsilçisi “Zeta” ilə qarşılaşıb. Lüksemburqlular bu qarşılaşmadakı qələbə ilə II təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, mərhələyə avqustun 27-də yekun vurulacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
26 avqust
20:30. “Proqress” (Lüksemburq) - “Zeta” (Monteneqro) – 3:0

Tekiela, 11, 55, Til, 90

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR