“Makkabi” – “Qarabağ” oyununun favoriti açıqlanıb

“Makkabi” – “Qarabağ” oyununun favoriti açıqlanıb
# 22 oktyabr 2020 10:43 (UTC +04:00)

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Makkabi” (Təl-Əviv, İsrail) - “Qarabağ” (Azərbaycan) oyununun əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında oynayacaq İsrail təmsilçisini matçın favoriti sayırlar.

Bu gün Təl-Əvivdəki “Blumfeld” stadionunda baş tutacaq matçda “Qarabağ”ın qələbəsi 3,80, məğlubiyyəti 2,17 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,40 əmsal verilib.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR