“Mançester Siti” İngiltərə rekordunu yeniləyib

“Mançester Siti” İngiltərə rekordunu yeniləyib
# 29 aprel 2021 09:12 (UTC +04:00)

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ-nin qonağı olan “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” bununla İngiltərə rekordunu yeniləyib.

Komanda ÇL-in bir mövsümündə 10 və daha çox qələbə qazanan ilk Premyer Liqa klubu olmaqla bunu bacarıb.

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya isə Fransa klubunun tarixinə düşüb. Komandanın yeganə qolunun məhsuldar ötürməsini verən argentinalı parislilərdə 103-cü assistini edib. Bununla o, PSJ-də Safet Susiçə məxsus rekordu təkrarlayıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu mayın 4-də Mançesterdə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR