“Mançester Siti” ardıcıl 3-cü, tarixdə 7-ci Liqa kubokunu qazanıb

“Mançester Siti” ardıcıl 3-cü, tarixdə 7-ci Liqa kubokunu qazanıb
# 01 mart 2020 22:34 (UTC +04:00)

Bu gün İngiltərə Liqa kubokunda 2019/20 mövsümünə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, yarışın final qarşılaşması Londondakı “Uembli” stadionunda keçirilib.

Liqa kubokunun son iki mövsümdəki qalibi “Mançester Siti” “Aston Villa”nı sınağa çəkib. Matçdakı bütün qollar ilk 45 dəqiqəyə təsadüf edib.

Xosep Quardiolanın yetirmələri ilk yarım saatda iki qol vuraraq üstünlük əldə edib. Birminhem klubu fasiləyədək bu toplardan birinin əvəzini çıxıb.

Beləliklə, ardıcıl 3-cü dəfə Liqa kubokunu başı üzərinə qaldıran “şəhərlilər” tarixində 7-ci dəfə bu turnirin qalibi olub. Bu göstəricidə yalnız “Liverpul”dan (8 dəfə) geri qalan Mançester təmsilçisi son 7 ildə 5 dəfə kuboka sahib çıxıb.

İngiltərə Liqa kuboku
Final
1 mart
“Aston Villa” - “Mançester Siti” – 1:2

Samatta, 41 - Aquero, 20, Rodri, 30

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR