"Mançester Yunayted" "Bavariya"nın futbolçusunu istəyir

"Mançester Yunayted" "Bavariya"nın futbolçusunu istəyir
# 10 iyun 2020 22:25 (UTC +04:00)

"Bavariya"nın yarımmüdafiəçisi Koranten Tolisso komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı orta sahə oyunçusunu "Mançester Yunayted" transfer etmək istəyir.

Premyer Liqa təmsilçisi Fransa millisinin üzvü ilə danışıqlara başlayıb. Münhen təmsilçisi də onun gedişinə qarşı deyil. Almanlar Tolissonu 35 milyon avroya sata biləcəyini qarşı tərəfə bildirib. Oyunçu ilə həmçinin "İnter" də maraqlanır.

Qeyd edək ki, Koranten Tolisso "Bavariya"ya 2017-ci ildə 41 milyon avro qarşılığında "Lion"dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR