“Mançester Yunayted” “Liverpul”un rekordunu təkrarlayıb

“Mançester Yunayted” “Liverpul”un rekordunu təkrarlayıb
# 20 iyun 2020 10:07 (UTC +04:00)

İngiltərə Premyer Liqasının XXX turu “Mançester Yunayted” üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, Ole-Qunnar Sulşerin yetirmələri tarixində ilk dəfə “Tottenhem” stadionunda qol sevinci yaşayıb.

Bununla da Mançester təmsilçisinin Premyer Liqada qol vurduğu stadionların sayı 59-a çatıb. Londonda “Tottenhem”in qonağı olan komanda bunadək 58 arenada fərqlənmişdi.

Beləliklə, “Mançester Yunayted” Premyer Liqa tarixində oyunların keçirdildiyi bütün stadionlarda qol vurub. İndiyədək buna yalnız “Liverpul” nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR