“Mançester Yunayted”in müdafiəçisi “Milan”a keçib

“Mançester Yunayted”in müdafiəçisi “Milan”a keçib
# 03 oktyabr 2020 11:31 (UTC +04:00)

“Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot İtaliyaya köçüb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu “Milan”ın formasını geyinəcək.

Klublar 21 yaşlı oyunçunun icarə əsasında “rossonyerlər”də oynamasına razılaşıblar. Dalot 2020/21 mövsümünün sonuna qədər A seriyası təmsilçisində çıxış edəcək. “Everton”un da diqqət mərkəzində olan futbolçunu “Milan” birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Dioqo Dalot “Mançester Yunayted”ə 2018-ci ildə “Porto”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR