“Milan” UEFA reytinqində “Qarabağ”la fərqi artırıb

“Milan” UEFA reytinqində “Qarabağ”la fərqi artırıb
# 30 oktyabr 2020 12:39 (UTC +04:00)

Avrokubokların qrup mərhələsinin II turundan sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında 16, Avropa Liqasında 24 matçdan sonra cədvəldə bəzi dəyişikliklər olub.

Avropanın ən yaxşı 100 komandası sırasında yer alan Azərbaycanın yeganə klubu “Qarabağ” 64-cü pillədə qalıb. Türkiyədə İspaniyanın “Vilyarreal” klubuna 1:3 hesabı ilə uduzan Ağdam təmsilçisi 21,000 xala malikdir.

Qurban Qurbanovun yetirmələri Rumıniya “Styaua”sı ilə eyni göstəriciyə malikdir. Onlar 64-65-ci yerləri bölüşür.

“Qarabağ” 62-63-cü olan PSV (Niderland) və “Standard”dan (Belçika) 1 xal geri qalır. Bu iki komanda ilə eyni xala malik “Milan” (İtaliya) 60-cı yerə yüksəlməklə bu fərqi artıraraq 2-yə çatdırıb. 61-ci yerdə isə “Astana” qərarlaşıb – 22,500 xal.

Qeyd edək ki, reytinqə 115 xala malik Almaniya “Bavariya”sı başçılıq edir. İspaniya təmsilçilərindən “Barselona”nın 106, “Real”ın 105 xalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR