“Milan” koronavirus səbəbindən məşqçisiz qalıb

“Milan” koronavirus səbəbindən məşqçisiz qalıb
# 17 noyabr 2020 13:02 (UTC +04:00)

İtaliyanın “Milan” klubunda daha bir koronavirusa yoluxma halı qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, bu dəfə köməkçi məşqçi Cakomo Murelli virusa yoluxub.

Baş məşqçi Stefano Piolidən sonra Murellidən götürülən testin nəticəsi də pozitiv çıxıb. Hər iki mütəxəssis bir neçə dəfə testdən keçirilsə də, hələ sağalmadıqları müəyyənləşib. Murelli də baş məşqçi kimi, evdə təcrid vəziyyətində müalicə olunur.

Bu isə A seriyasında növbəti matça hazırlaşan “Milan”ı çətin vəziyyətə salıb. Komanda faktiki olaraq məşqçisiz qalıb və növbəti görüşə kollektivi kimin meydana çıxaracağı bəlli deyil.

Qeyd edək ki, “Milan” növbəti oyununu noyabrın 22-də səfərdə “Napoli”yə qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR