“Milan” rekordunu təkrarlayıb

“Milan” rekordunu təkrarlayıb
# 01 noyabr 2020 22:12 (UTC +04:00)

“Milan” tarixində 3-cü dəfə A seriyasının ilk 6 turundan 16 xal toplayıb.

Apasport.az saytının məlumatına görə, “rossonyeri” qələbəyə 3 xalın verildiyi vaxtdan indiyədək iki dəfə indiki göstəriciyə imza atıb.

1995/96 və 2003/04 mövsümlərində milanlılar startda 5 qələbə ilə 1 heç-heçəyə imza atıb. Bu mövsümlərdə komandanı müvafiq olaraq Fabio Kapello və Karlo Ançelotti çalışdırıb. Hər iki halda “Milan” A seriyasının çempionu olub.

Qeyd edək ki, Stefano Piolinin yetirmələri 6 turdan sonra 16 xalla A seriyasının lideridir. Milanın eyniadlı təmsilçisi növbəti turda “Verona” ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR