"Milan" və “Yuventus” Superliqadan ayrılıb

"Milan" və “Yuventus” Superliqadan ayrılıb
# 21 aprel 2021 15:40 (UTC +04:00)

Daha iki klub Superliqanı tərk edib.

Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçiləri “Yuventus”la “Milan” da iştirakçılar sırasından ayrılıb.

A seriyası təmsilçiləri bununla bağlı rəsmi bəyanat da yayıb. Daha öncə “İnter”in də analoji addım atdığını nəzərə alsaq, Superliqada İtaliya təmsilçisi qalmayıb.

Qeyd edək ki, turnirin yaradıcısı olan 12 klubdan yalnız ikisi – “Real”la “Barselona” iştirakçılar sırasında qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR