"Milan"ın 24 ildə ən uğurlu seriyası 24-cü oyunda dayanıb

"Milan"ın 24 ildə ən uğurlu seriyası 24-cü oyunda dayanıb
# 06 noyabr 2020 10:09 (UTC +04:00)

Avropa Liqasının III turunda “Lill”i qəbul edən “Milan” 0:3 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, bununla “rossonyerlər”in uğurlu seriyası qırılıb.

Cari mövsüm bütün turnirlərdə ilk yenilgisini alan İtaliya klubunun məğlubiyyətsiz oyunlar seriyası 24 oyunda dayanıb. Axırıncı dəfə martın 8-də meydanı başıaşağı tərk edən A seriyası təmsilçisi son 24 ilin ən uzun seriyasına imza atıb.

Qeyd edək ki, Avropa Liqasının H qrupunda qərarlaşan “Milan” hazırda 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR